Bankımız müştəriləriylə sıx və etibarlı əlaqələr qurmaq üçün hər zaman onların fikirlərinə qulaq asmağı və müraciətlərini nəzərdən keçirməyi əsas vəzifələrindən biri hesab edir. Müştəri hüquqlarının müdafiəsi və müraciətlərinə baxılması məqsədilə xüsusi “Ərizə və Şikayətlər üzrə İş” şöbəsi fəaliyyət göstərilir. İstehlakçılar bizə aşağıdakı formalarda müraciət edə bilərlər:

Şifahi müraciət:

  • Bankın filiallarına və baş ofisə birbaşa yaxınlaşmaqla (iş günləri saat 9:00-dan 18:00-dək);
  • Bankın +99412 598 85 85 (daxili 245) telefon nömrəsinə və yaxud müraciətlərə baxılması ilə məşğul olan “Ərizə və Şikayətlər üzrə İş” şöbəsinə zəng etməklə.

 

Yazılı müraciət:

  • yazılı müraciəti birbaşa Bankın ofisinə təqdim etməklə;
  • Bankın poçt ünvanına (Bakı şəhəri, Nizami küç., 112B, AZ 1000) və ya Bankın “Sumqayıt” filialın poçt ünvanına (Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2) göndərməklə;
  • faks vasitəsilə – (+99412) 598 03 07, (+99418) 665 60 07;
  • elektron poçt ünvanına – [email protected] göndərməklə;
  • onlayn müraciətlərin forması.

 

Qeyd edək ki,  daxil olan bütün müraciətlər qeydiyyata alınır və ən geci 10 iş günü ərzində cavablandırılır. Müraciətlər əlavə araşdırma tələb edərsə, cavablandırılma 20 iş gününə qədər uzadıla bilər. Araşdırılma zamanı istehlakçılardan tələb olunan mümkün məlumatlar alınır. Müraciətlərin araşdırılması üçün aidiyyati üzrə filial müdirləri və Bankın departament rəhbərlərinə göndərilir, müəyyən olunmuş vaxt çərçivəsində cavablandırılır, müraciət etmiş müştəriyə məlumat verilir və araşdırmaların yekunu əsasında müvafiq tədbirlər görülür.

İstehlakçılar Bankın cavabından  razı qalmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə Banka təkrar müraciət edə bilərlər. İstehlakçılar yenidən Bankının cavabı ilə razılaşmadıqda, Mərkəzi Banka (internet vasitəsilə  http://cbar.az/pages/contacts/feedback/next , telefon vasitəsilə qaynar xəttə (4931122 – daxili nömrə: 387), poçt vasitəsilə AZ1014, Azərbaycan Respublikası, Bakı şəhəri, R.Behbudov küç. 32 ünvanına) və ya məhkəməyə müraciət etmək hüquqlarına malikdir.

Qeydə alınmış müraciətlər “Ərizə və Şikayətlər üzrə İş” şöbəsi tərəfindən təhlil edilir, müraciətlərin səbəbləri dəqiq araşdırılır, nəticələri barədə hesabatlar hazırlanır. Hazırlanmış hesabatlar aylıq əsasda məsul şəxsə – İdarə Heyətinin sədr müavininə, rübdə bir dəfə isə Müşahidə Şurasına təqdim edilir və müvafiq qərar qəbul edilir.

“Bank Avrasiya” ASC hər zaman öz müştərilərinə yaxın olmağa çalışır və hər müştərinin məmnuniyyətini özü üçün vacib bilir.

  • Tarix

    Müraciətin növü

  • Adı, soyadı, atasının adı

  • Təvəllüd

    Cins

  • Ünvan

  • Telefon nömrəsi

    E-poçt

  • Müraciətin mətni

  • Müraciətiniz göndərildi!