Artıq “Bank Avrasiya” ASC-nin MasterCard sahibləri İnternet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. İnternet ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi “3D Secure” texnologiyasının vasitəsilə ən son standartlara uyğun şəkildə həyata keçiriləcəkdir.

“3D Secure” sistemi dələduzluq hallarından qorunmaq və İnternet vasitəsilə edilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanını təqdim edən qabaqcıl texnologiyadır. Bu müasir texnologiyanın iş prinsipi, müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə onlayn ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir. “3D Secure” standartını dəstəkləyən İnternet saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri “AzeriCard” səhifəsinə keçir və orada “3D” şifrəsini daxil edir. Yalnız şifrənin təsdiqindən sonra ödəniş həyata keçirilir.

İstifadəçi “3D” şifrəni əldə etmək üçün bankomatın menyusundan “İnternet-Bankçılıq və 3D Secure üçün birdəfəlik şifrələr siyahısı” bölməsi seçməli, birdəfəlik şifrələrin qeyd edildiyi çeki çap etməli və www.azericard.com/3d səhifəsində qeydiyyatdan keçməlidir. 3D Secure şifrəsi olan kartla sahibindən başqa heç bir kəs İnternetlə ödəmə apara bilməz. “3D” şifrənin qeydiyyatı pulsuzdur.

“3D Secure” texnologiyaları haqqında ətraflı.