Azərbaycanda keçiriləcək dünyaca məhşur “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələn minlərlə şəhər qonaqlarının və müştərilərin rahatlığı üçün “Bank Avrasiya” ASC-nin baş ofisi 10 iyun 2016-cı il tarixindən 22 iyun 2016-cı il tarixinədək, həmçinin şənbə, bazar günləri də daxil olmaqla saat 09:00-dan 21:00-dək müvəqqəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Qeyd edək ki, saat 09:00-dan 21:00-dək müştərilər cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pul köçürmə və digər bank xidmətlərindən faydalana bilərlər.
“Bank Avrasiya” ASC daim müştəri mənmuniyyətini diqqət mərkəzində saxlayaraq daha keyfiyyətli və müasir bank xidmətləri istiqamətində işləri davam etdirir.