Müştərilərin vaxtına qənaət etmək və onların məmnuniyyətinin artırılması məqsədi ilə “Bank Avrasiya” ASC-nin baş ofisi və Sumqayıt filialı nahar fasiləsiz iş rejiminə keçiblər. Artıq bütün müştərilərə bazar ertəsindən cümə gününədək fasiləsiz (saat 9:30-dan 17:00-dək) xidmət göstərilir.
2015-ci ildə Bakı şəhərində l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar 01.05.2015-ci il – 01.07.2015-ci il tarixlərində Bankın iş vaxtı rejimi bazar ertəsindən cümə gününədək saat 8:30-dan 16:30-dək olacaq. Müvəqqəti iş rejimi Sumqayıt filialına da şamil olunur.