“Bank Avrasiya” ASC satış və xidmət müəssisələrində nağdsız ödənişlərin aparılması üçün POS terminalların quraşdırılmasını pulsuz olaraq həyata keçirir.

POS terminalların satış və xidmət müəssisələri üçün bir çox üstünlükləri var. Onlardan ən əsasları nağd vəsaitlərlə olan əməliyyatlarda iş yükünün azaldılması, o cümlədən, inkassasiya xidmətlərinə olan ehtiyacın azaldılması, ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılmasıdır.

POS terminalın quraşdırılması üçün:

  • hüquqi şəxs və ya fərdi sahibkar “Bank Avrasiya” ASC-də hesab açmalıdır;
  • müştəri müəssisənin icarə müqaviləsinin və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin surətini banka təqdim etməlidir;
  • satış və ya xidmət nöqtəsində telefon xətti olmalıdır.

 

POS terminalların istifadə tarifləri razılaşma yolu ilə müəyyən olunur .