Online kredit necə sifariş edə bilərəm?
Online kredit sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kreditlər
Online kredit sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kreditlər
Bəli, kreditinizi istənilən vaxt tam və ya qismən əvvəlcədən ödəyə bilərsiniz. Əvvəlcədən ödəniş etdikdə faiz məbləği yenidən hesablanır və siz yalnız istifadə etdiyiniz müddətə görə faiz ödəyirsiniz.
Kredit məbləği sizin gəlirinizə və ödəniş qabiliyyətinizə uyğun olaraq fərdi qaydada müəyyən edilir. Maksimum məbləğ haqqında daha ətraflı məlumat almaq üçün filiallarımıza yaxınlaşa və ya *2226 nömrəsinə zəng edə bilərsiniz.
Bəli, mövcud kreditiniz olsa belə, yeni kredit üçün müraciət edə bilərsiniz. Bankımız sizin aylıq gəlirinizi və öhdəliklərinizi nəzərə alaraq kredit verilmə imkanınızı qiymətləndirəcək.
Bəli, şəxsiyyət vəsiqənizi dəyişdiyiniz halda kredit ödənişlərinizi davam etdirə bilərsiniz.
Lakin, bank sistemində məlumatlarınızı yeniləmək üçün yeni vəsiqənizlə filialımıza yaxınlaşmağınızı tövsiyə edirik.
Kredit ödənişlərinizi aşağıdakı kanallar vasitəsilə həyata keçirə bilərsiniz:
• Bank Avrasiya filialları
• Bank Avrasiya mobil tətbiqi və rəsmi saytı
• Hesab.az, eManat, MilliÖn, ExpressPay ödəniş terminalları
Bank Avrasiya vasitəsilə yeni avtomobilləri kreditlə əldə etmək mümkündür.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Əlaqə:
Telefon: *2226
E-mail: [email protected]
Onlayn müraciət və çat: https://bankavrasiya.az/contact/contact-info/
Online plastik kart sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kartlar
Plastik kartın dəstəklədiyi valyutadan fərqli valyutada əməliyyatlar həyata keçirildikdə konvertasiya əməliyyatı üzrə məzənnə Mərkəzi Bankın məzənnəsi ilə + 0.5% (konvertasiya haqqı) müəyyən edilir.
Beynəlxalq kart təşkilatlarının loqotipi olan plastik kartlar vasitəsilə dəstəklədiyi valyutadan asılı olmayaraq, ölkə daxilində və ya xaricində bu növ kartları qəbul edən istənilən terminal vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.
Plastik kart aşağıdakı qeyd olunan imkanlara malikdir:
• istənilən yerdə nağd pul vəsaitinin əldə edilməsi;
• “Onlayn kredit ödəmələri” əməliyyatı: ATM və internet vasitəsilə kredit borclarının ödənilməsi;
• satış və xidmət nöqtələrində və internet şəbəkəsində nağdsız qaydada ödənişlərin aparılması;
• kommunal xidmət üzrə ödənişlər: elektrik enerjisi, qaz, su və s.;
• elektron bankçılıq xidmətləri: mobil və stasionar rabitə, internet, TV, sığorta;
• vergilərin və gömrük xərclərinin ödənilməsi;
• “Card to card” əməliyyatı: bir kartdan digər karta pul köçürmələri;
• SMS-məlumatlandırma xidməti: kartla aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə mobil telefona məlumatların göndərilməsi;
• “Cash by Code” xidməti: bankomat ilə kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nağd pulun göndərilməsi;
• valyuta mübadiləsinin həyata keçirilməsi;
Kartdan karta köçürmələr Bank Avrasiya-nın mobil tətbiqi, internet bankinqi və bankomatları vasitəsilə həyata keçirilə bilər. Tariflərlə tanış olmaq üçün saytımızın Kartlar bölməsinə baxa bilərsiniz.
Digər bankların ATM-lərindən vəsait çıxarmaq üçün limitlər kartın növündən və xidmət göstərən bankın daxili qaydalarından asılıdır. Bank Avrasiya kart sahibləri üçün bir dəfəyə və gündəlik nağdlaşdırma limiti müəyyən olunub. Dəqiq məbləğlər üçün kart tarifləri bölməsinə baxa bilərsiniz.
Kart itirildikdə və ya zədələndikdə, dərhal Bank Avrasiya-nın *2226 nömrəsinə zəng edərək kartı bloklatmaq tövsiyə olunur. Yeni kart əldə etmək üçün bankın filialına yaxınlaşaraq və ya rəsmi saytımız vasitəsilə sifariş vermək mümkündür.
Kart tarifləri ilə Bank Avrasiya-nın rəsmi internet saytında Tariflər bölməsində tanış ola bilərsiniz. Həmçinin, bankın filiallarına müraciət edərək ətraflı məlumat almaq mümkündür.
“SMS Banking” xidmətinə qoşulmaq üçün Bank Avrasiya-nın mobil tətbiqi və ya internet bankinqi vasitəsilə aktivləşdirmək mümkündür. Həmçinin, bank filiallarına yaxınlaşaraq xidmətə qoşulmaq barədə ətraflı məlumat almaq olar.
Pərakəndə ticarət və xidmət müəssisələrində plastik kartları ilə POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən heç bir xidmət haqqı tutulmur. Kart hesabının valyutasından fərqli valyuta ilə ödəniş apararkən valyuta mübadiləsi xərclərini nəzərə almaq lazımdır.
Əmanət, şəxsi maliyyə vəsaitlərinizi müəyyən bir müddət ərzində bankda saxlayaraq, bu müddət ərzində faizlərlə artırılmasını təmin etdiyiniz bir xidmət növüdür. Əmanətlərinizi müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmiş müddət başa çatdıqda və ya şərtlər yerinə yetirildikdə geri ala bilərsiniz.
Bank Avrasiya əmanətlərinizi yüksək səviyyədə təhlükəsizliklə qoruyur. Bankımız Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nəzarət olunan və dövlət tərəfindən təmin edilən əmanət sığorta sistemi ilə təmin edilir.
Əmanətin götürülmə müddəti, əmanət növündən və müqavilənin şərtlərindən asılıdır. Müddətli əmanət üçün əmanətin müddəti başa çatdıqdan sonra və ya əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq vəsaitinizi götürə bilərsiniz.
Əmanət üzrə faizlər müqavilə şərtlərinə uyğun olaraq, aylıq və ya illik olaraq ödənilir. Faizlərin ödənilməsi barədə ətraflı məlumatı əmanət müqaviləsindən əldə edə bilərsiniz.
Əmanət yerləşdirmək üçün şəxsiyyət vəsiqəsi və ya pasport təqdim etmək tələb olunur.
Əmanətləri vaxtından tez götürmək mümkündür, lakin bu halda faizlər müvafiq olaraq dəyişə bilər. Bank tərəfindən müəyyən olunan şərtlər və faiz dərəcəsi ilə əmanət götürülən zaman müqavilənin şərtlərinə əsasən ödəniş həyata keçirilir. Ətraflı məlumatı bankın filiallarından və ya rəsmi saytımızdan əldə edə bilərsiniz.
Xeyr, Bank Avrasiya vasitəsilə bəzi yerli və beynəlxalq sürətli pul köçürmə xidmətlərindən istifadə edərkən hesab açmaq tələb olunmur.
Pul köçürməsinin növündən asılı olaraq, məbləğ ən qısa müddətdə – bir neçə dəqiqə ərzində və ya bankın vəsaitin qəbul edilməsi qaydalarına uyğun olaraq bir iş günü ərzində əldə edilə bilər.
Pul köçürmələrini həyata keçirmək və ya qəbul etmək üçün şəxsiyyət vəsiqəsi və ya pasport təqdim edilməlidir. Bəzi hallarda əlavə sənədlər tələb oluna bilər.
Xaricə pul köçürmələri üçün gündəlik maksimum məbləğ 20,000 ABŞ dolları və ya onun ekvivalenti təşkil edir. Bu məbləğ hər ay üçün də tətbiq olunur.
Xeyr, sürətli pul köçürmələri zamanı komissiya adətən yalnız göndəricidən tutulur. Komissiya məbləği köçürmənin növünə və məbləğinə görə 1%-dən başlayır. Alıcı məbləği heç bir əlavə ödəniş etmədən nağdlaşdıra bilər.