Bank Avrasiya ASC

Daxili Komitələr

Hesabatlılıq dövrü: 30.09.2019
Yenilənmə tarixi:   26.11.2019
Audit KomitəsiBankın fəaliyyətinə nəzarətin və monitorinqin həyata keçirilməsi, daxili nəzarət sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək vəzifələri daşıyır.Audit Komitəsinin Sədri; Audit Komitəsinin üzvü; Audit Komitəsinin üzvü
Kredit KomitəsiBank fəaliyyətində mövcud olan kredit risklərini səmərəli idarəetmə, kredit siyasətini müəyyənləşdirmək, kredit məhsullarını təsdiq etmək və mövcud kredit məhsullarına dəyişikliklər etmək, kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək, kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək, kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliliyini (adekvatlığını) yoxlamaq və təhlil etmək, kredit portfelinə aid riskləri təhlil etmək və digər vəzifələri daşıyır.İdarə Heyətinin Sədri; Kreditlərə Nəzarət Departamentinin Direktoru;  İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru; Maliyyə Departamentinin Direktoru; Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktoru;Risklərin İdarə Edilməsi Departamentinin Direktoru;Təhlükəsizlik Departamentinin Direktoru.
Risklərin İdarə Edilməsi KomitəsiBankın fəaliyyəti nəticəsində yaranan bütün növ risklərin idarə edilməsi ilə bağlı siyasətlərin, qaydaların, limitlərin müəyyən olunması və qiymətləndirilməsini, digər komitələrin fəaliyyətinin koordinasiya edilməsini, risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi üçün bu sahədə mövcud bankdaxili qaydalara aid müvafiq metodoloji izahatların, tövsiyələrin hazırlanmasını həyata keçirir.Müşahidə Şurasının Sədri: Müşahidə Şurasının Sədri; İnformasiya Texnologiyaları Departamentinin Direktoru; Maliyyə Departamentinin Direktoru; Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktor; Risklərin İdarə Edilməsi Departamentinin Direktoru; İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru; Kreditlərə Nəzarət Departamentinin Direktoru; Audit Komitəsinin Sədri (səsvermə hüququ olmadan)
Mükafatlandırma KomitəsiBankda uzunmüddətli nəticəyə əsaslanan motivasiya sisteminin qurulmasi, strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirmək və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək, mükafatlandırma prosesinə nəzarəti həyata keçirmək, mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasını təmin etmək və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməmək, habelə mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanmasını təmin etmək məqsədilə yaradılan orqandır.Müşahidə Şurasının Sədri; İdarə Heyətinin Sədri; Maliyyə Departamentinin Direktoru; Kreditlərə Nəzarət Departamentinin Direktoru; İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru; Xəzinədarlıq və Hesablaşmalar departamentinin Direktoru; Risklərin İdarə Edilməsi Departamentinin Direktoru