Bank Avrasiya ASC

Mükafatlandırma siyasəti

Hesabatlılıq dövrü: 30.09.2019
Yenilənmə tarixi:   26.11.2019
Mükafatların verilməsinə dair qərarın verilməsi zamanı və qərarı verən şəxslərBankın rəhbərliyinə hər il üçün (təxirə salınmış mükafatlar istisna olmaqla) mükafatın verilməsi və onun həcmi barədə qərar Səhmdarların ümumi yığıncağı tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən təsdiq edilir.
Mükafatların verilməsinə dair qərarın verilməsi proseduruMükafatlandırma siyasəti həyata keçirilərkən Səhmdarların Ümumi Yığıncağı aşağıdakı səlahiyyətlərə malikdir:Bankın rəhbərliyinə Mükafatun verilməsi və onun həcmi barədə (təxirə salınmış Mükafatlar istisna olunmaqla) qərar qəbul edilməsi; Mükafatlandırma siyasəti həyata keçirilərkən Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir:Bankın mükafatlandırma siyasətinin müəyyən və təsdiq etmək;Mükafatlandırma siyasətinin icrasına nəzarəti həyata keçirmək;Müvafiq müddətlərdə mükafatlandırma siyasətinə yenidən baxmaq;Biznes Əməkdaşları və Digər əməkdaşlar kateqoriyalarına aid bank əməkdaşlarına mükafatın verilməsi və onun həcmi barədə qərar qəbul edilməsi; Mükafatlandırma Komitəsinin üzvlərinin təyin edilməsi və komitənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi.Mükafatlandırma Komitəsinin səlahiyyətləri onun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş əsasnaməsi ilə müəyyən olunur. İdarə Heyəti Mükafatlandırma Siyasətinin həyata keçirilməsi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının qərarlarının icrasını, Mükafatların, o cümlədən təxirə salınmış Mükafatların ödənişini Mükafatlandırma Siyasətinə uyğun olaraq təmin edir.
Mükafatların verilməsini istisna edən hallarhər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə, məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar ilə bağlı Palatanın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda və ya səhmdarların ümumi yığıncağının bankın mənfəət hədəflərinin azalmasına dair qərar qəbul etdiyi hallar istisna olmaqla, əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 (iyirmi beş) faizindən az olduqda, habelə NPAB göstəricisi NPAS göstəricisinin 125 faizindən çox olduqda mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir.
Mükafatların verilməsinə dair qərarın verilmə şərtləri?Mükafatların məbləği Bankın ümumi nailiyyətlərindən, onun struktur bölmələri, ayrılıqda işçilərin səylərindən asılıdır. Əməkdaşın öz xidməti fəaliyyətində yol verdiyi səhvlər olduqda və ya bu səhvlər müəyyən itkilərlə müşayət olunduqda onun əmək haqqından tutulmaların və ya təqdim edilmiş yalnış məlumatlar müqabilində ödənilən dəyişkən kompensasiyanın geri qaytarılmasına yol verilir. Bankın maliyyə vəziyyətinin pisləşməsi zamanı, həmçinin müəyyən edilmiş fəaliyyət kriteriyalarına nail olunmadıqda, Bank Mükafatun ödənilməsini qismən və ya tamamilə dayandıra bilər. Bank rəhbərliyinə, Biznes əməkdaşlarına və Başqa əməkdaşlara aid şəxsə il ərzində verilən Mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 (iki) mislindən artıq ola bilməz.
Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə mükafatın verilməsi şərtləriBankın rəhbərliyinə aid olan şəxslərə Mükafat verilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır: Onlara Mükafatların verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bu zaman Bank maliyyə illinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə Bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekun nəticələrinə, həm də Mükafatun verilməsi barədə qərar qəbul edilən tarixə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;Bankın səhmləri ilə ödənilən Mükafatlar istisna olmaqla Mükafatun ən azı 50 (əlli) faizinin ödənişi təxirə salınmalı və növbəti üç il ərzində bərabər hissələrlə ödənilməlidir;
Daxili nəzarət, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə, risklərin idarə edilməsi və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşlarına mükafatın verilməsi şərtləriBankdan əmək haqqı almayan (muzdu bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında bölüşdürülməmiş mənfəətin faizi şəklində müəyyən olunan) Müşahidə Şurasının üzvünə mükafat verilmir.
90 gündən çox gecikmiş kredit tələblərinin geri ödənilməsi ilə məşğul olan struktur bölməsinin əməkdaşlarına mükafatın verilməsi şərtləriil ərzində verilən mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 (iki) mislindən artıq olmamalıdır. mükafatın öncədən müəyyən edilmiş və təxirə salınmış hissəsinin ödənilməsi bankın kapital adekvatlığı və likvidlik göstəricilərini ən azı 25 faiz pisləşdirdikdə ödənilməməli; mükafatın ödənişi bankın uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməli.