Bank Avrasiya ASC | ||
İnkişaf siyasəti | ||
Hesabatlılıq dövrü: 01.01.2018 Yenilənmə tarixi: 25.11.2019 | ||
Bankın strateji baxışı | Bank Avrasiya ASC-nin vizionu onu Respublikanın regional mərkəzlərində yerləşən satış şəbəkəsi vasitəsi ilə kiçik və orta biznesə, habelə əhalinin yuxarı və orta gəlirli təbəqəsinə bütün növ bank xidmətləri göstərən aparıcı universal bank etməkdir. | |
Missiya bəyanatı | Bank Avrasiya ASC-nin missiyası daima inkişaf edən və motivə olunan komandası ilə geniş çeşidli bank xidmətlərini hər bir müştəri üçün sərfəli paket formasında təklif etməkdən və cəmiyyətin inkişafına sosial layihələrin maliyyələşdirilməsi vasitəsi ilə dəstək verməkdən ibarətdir. | |
Bankın strateji hədəfləri | Bank strateji baxışı, missiya hesabatı və SWOT təhlili əsasında 2018-2020-ci illər üçün aşağıdakı strateji hədəflərə çatacaqdır:İnsan Resurslarının idarə edilməsi sistemlərini qurmaq Risklərin idarə edilməsi sistemlərini qurmaq Kredit işini təkmilləşdirmək İnformasiya texnologiyaları sistemlərini təkmilləşdirmək Maliyyə menecmenti sistemlərini təkmilləşdirmək Marketinq və satış işini təkmilləşdirmək İnfrastukturu təkmilləşdirmək |