Bank Avrasiya ASC

Divident siyasəti

Hesabatlılıq dövrü: 30.09.2019
Yenilənmə tarixi:   25.11.2019
Dividendlərin ödənilməsinə dair qərarın verilmə zamanı və qərarı verən şəxslərDividendlər və onların ödənilməsi qaydası haqqında qərar Bankın Müşahidə Şurasının təklifi ilə Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.
Dividendlərin ödənilməsinə dair qərarın verilmə proseduruYalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bankda dividendlərin ödənilməsinə razılığı olduqda Bankın Səhmdarlarının Ümumi Yığıncağı dividend ödənilməsi məsələsinə baxa bilər.
Dividendlərin ödənilməsinə dair qərarın verilmə şərtləriBank yalnız elan edilmiş dividendləri ödəyir. Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı olmadan Bank dividendləri ödəmək, səhmdarlar isə onların ödənilməsini tələb etmək hüququna malik deyillər.
Dividendlərin verilməsini istisna edən hallarBankın nizamnamə kapitalı tam ödənilənədək; Dividendlərin ödənilməsi Bankın məcmu kapitalının adekvatlığının pozulmasına gətirib çıxararsa; Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa; Əgər dividendlərin ödənilməsi haqda qərar qəbul edildiyi gündən bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş güzəştli səhmlərin dəyərindən az olarsa; Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
Dividendlərin hesablanma qaydasıBir səhmdara hesablanan dividendin məbləği bir səhmə düşən dividendin məbləğinin onun səhmlərinin sayına bölünməsi ilə müəyyən edilir.
Dividendlərin ödənilməsi qaydası, forması və müddətləriSəhmlər üzrə dividendlər Bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən müəyyən edilmiş müddətlərdə ödənilir. Bank, nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Bank, dividendlərin ödənilməsi üzrə öhdəliyini dividendlərin ödənilmə müddəti ərzində istənilən gün yerinə yetirmək hüququna malikdir. Bank adi səhmlər üzrə dividendlərin hesablanmasını imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin bölüşdürülməsindən sonra həyata keçirir. Bank, dividendlərin ödənişini pul formasında manatla və nağdsız qaydada həyata keçirir.