• Aslanov Fuad Cəbrayıl oğlu Müşahidə Şurasının Sədri

    5 mart 1972-ci il tarixdə anadan olmuşdur.
    2001- ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” fakultəsini  müvəffəqiyyətlə bitirmişdir.
    2004-cü ildə “Ümumi iqtisadiyyat” üzrə magistr elmi dərəcəsini almışdır.
    1998-ci ildən bank sektorunda çalışmaqdadır.
    28 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir və İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmuşdur.
    13 may 2014-cü ildə “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsinə təyin edilmişdir.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07

    E-mail: [email protected]

     

  • Babaşov Vurğun Sitam oğlu Müşahidə Şurasının Üzvü

    27 iyul 1971-ci il tarixdə anadan olmuşdur.
    1993-cü ildə N.N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı Filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir.
    1999-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin “Hüquqşünaslıq” fakultəsinin bitirmişdir.
    1996-cı ildən dövlət sektorunda və daha sonra hüquqşünaz kimi fəaliyyət göstərmişdir.
    28 yanvar 2019-cu il tarixindən “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının Üzvüdür.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07

    E-mail: [email protected]

     

  • İsmayılov Daşqın Miskin oğlu Müşahidə Şurasının Üzvü

    29 mart 1971-ci il tarixdə anadan olmuşdur.
    Azərbaycan Texniki Universitetinin “Nəqliyyatda daşınmaların təşkili və idarəedilməsi” fakultəsini bitirmişdir.
    2003-cü  ildən müxtəlif sahələrdə, o cümlədən qiymətli kağizlar sektorunda fəaliyyat  göstərmişdir.
    2013-2016-ci illərdə “Baki Fond Birjası” QSC-nin Korporativ İşlərin üzrə Direktor vəzifəsində çalışmışdır.
    13 may 2014-cü il tarixindən “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının Üzvüdür.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07

    E-mail: [email protected]

     

  • Kərimov Rüfət Fuad oğlu İdarə Heyətinin Üzvü, İdarə Heyətinin Sədri

    2 iyul 1963-cü il tarixdə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakultəsini bitirmişdir.
    Əmək fəaliyyətinə 1985-ci ildə Bakı “Ulduz” Zavodunda Mühəndis-texnoloq kimi başlamışdır və Mikroelektronika Texniki Bürosunun Rəhbəri vəzifəsinə qədər çalışmışdır. 1992-ci ildən “Azakbank” BSB-də Aktiv və Passivlərin İdarə edilməsi Şöbəsinin Müdiri, 1997-ci ildən “Bank of Baku” SKB-də Fondlar Departamentinin Direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən “Most-Bank Azərbaycan”da (hazırda QSC “Bank Standard”) Maliyyə və Mühasibat Uçotu Departamentinin Direktoru-Baş Mühasibi, 2005-ci ildən ASC “Xalq Bank”ın Maliyyə Departamentinin Direktoru-Baş Mühasibi vəzifələrində çalışmışdır. “Xalq Bank”da çalışdığı müddət ərzində İdarə Heyətinin Üzvü seçilmişdir. 8 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışmışdır və İdarə Heyətinin Üzvü seçilmişdir. 13 may 2014-cü il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışmaqdadır.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07

    E-mail: [email protected]

     

  • Əmircanov Çingiz Ələddin oğlu Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin Üzvü

    29 avqust 1969-cu il tarixdə anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakultəsini bitirmişdir.
    Əmək fəaliyyətinə 1992-ci ildə “İ v M” Səhmdar Cəmiyyətində Baş Mühasib vəzifəsində başlamışdır. 1993-cü ildən 1997-ci ilə qədər “Azak Bank” ASC-də Mühasib sonra isə Böyük Mühasib vəzifələrində çalışmışdır. 1997- ci ildən “Qafqaz İnkişaf Bankı” ASC-də Baş Mühasibin Müavini, sonra isə Baş Mühasib vəzifələrində calışmışdır.
    23 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC Maliyyə Departamentinin Direktoru- Baş Mühasib vəzifəsində çalışmaqdadır. 13 may 2014-cü il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07

    E-mail: [email protected]

     

  • Abbasova Səbinə Məmməd qızı Baş Əməliyyat İnzibatçısı, İdarə Heyətinin Üzvü

    1 iyul 1978-cu il tarixdə anadan olmuşdur. 1994-cü ildə Qərb Universitetinin “Mühəndis İqtisadiyyatı və İdarəetmə Menecment (Bank işi)” fakultəsini bitirmişdir.
    Əmək fəaliyyətinə 1996-cı ildə “Most Bank Azərbaycan” Kommersiya Bankında Xəzinə Xidməti Departamentinin mütəxəssisi vəzifəsində başlamışdır. 1997-ci ildən 2001-ci ilə qədər “Bank Standart” Kommersiya Bankının Əməliyyat Departamentinin Baş Мütəxəssiz vəzifəsində çalışmışdır.2001-ci ildən 2005-ci ilə qədər “Bank Standart” Kommersiya Bankının Əməliyyat İdarəsinin Ödəniş Vasitələri və Klirinq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2005-ci ildən “Xalq Bank” ASC-də  Hesablaşmalar İdarəsinin rəisi vəzifələrində calışmışdır.
    23 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC-nin Xəzinədarlıq və Hesablaşmalar Departamentinin direktoru vəzifəsində çalışmaqdadır. 3 aprel 2018-ci il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir.

    Tel.: (+99412) 598 85 85 (daxili 200)
    Faks: (+99412) 598 03 07
    E-mail: [email protected]

     

Səhmdarların ümumi yığıncağının, İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri