• Daxili Nəzarət və Risklərin İdarə edilməsi departamentinin direktoru

  • Namizədlər üçün irəli sürülən tələblər:

    Ali iqtisadi və ya biznes təhsili;
    Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;
    Nəzarət edə bilmə qabiliyyəti;
    Strateji düşünmə və analitik təhlil bacarığı;
    Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;
    Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
    Liderlik keyfiyyətləri;
    Problemi həlletmə bacarığı;
    Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
    MS Office proqramlarının bilikləri;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Ünsiyyətqurma və komandada işləmək bacarığı.

  • Vəzifə öhdəlikləri:

    • Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
    • Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
    • Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
    • Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
    • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirir.
    • Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
    • Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.