• Mühasibat Şöbəsinin mütəхəssisi

  • Namizədlər üçün irəli sürülən tələblər:

    Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
    Bankda maliyyə sahəsində ən azı 3 il iş stajı
    Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
    Rus və ingilis dillərini orta dərəcədə bilmək
    MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
    Korporativ davranış normalarını bilmək
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
    Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

  • Vəzifə öhdəlikləri:

    • Bankda mühasibat uçotunun təşkilini və aparılmasını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə-hesablama metodu, fasiləsizlik, şəffaflıq, etibarlılıq və müqayiyisəlilik kimi prinsiplərinə uyğun həyata keçirmək;
    • Qüvvədə olan qanunvericiliyinə uyğun olaraq faktiki qeydə alınan ilkin uçot sənədlərinin əsasında hesablamaların, ödənişin və diqər maliyyə əməliyyatlarının icrasını təmin etmək;
    • Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında verilməsini təmin etmək;
    • Analitik uçot hesabları üzrə əks olunan məbləğlərin sintetik uçot üzrə əks olunan məbləğlərə uyğun olmasını yoxlamaq və uyğunsuzluq yarandıqda, müvafiq düzəlişlərin aparılmasını təmin etmək;
    • Işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin müəyyən edilmiş müddətdə mövcud qanunvericiliyə müvafiq olaraq hesablanmasını təmin etmək;
    • Bankın rəhbərliyinin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirmək;
    • Bankda istifadə üçün alınmasına qərar verilmiş əsas vəsaitlərin, mal və materialların, işlərin və xidmətlərin qüvvədə olan qanunvericiliyə və qaydalara uyğun olaraq Şöbəyə təqdim edilmiş ilkin uçot sənədlərinə əsasən və vaxtında icra etmək;