• Satış Şöbəsinin mütəxəssisi

  • Namizədlər üçün irəli sürülən tələblər:

    Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
    Kredit satışı üzrə ən azı 2 il iş stajı
    Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
    Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
    Bank qanunvericiliyi barədə biliklərin olması
    Azərbaycan dilində səlist danışıq bacarığı
    MS Office proqramlarının bilikləri
    Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
    Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

  • İşin təsviri:

    • Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini təmin etmək
    • Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi
    • Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi
    • Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
    • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi
    • Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi