Dələduzlardan qorunun!

Diqqətli olun, məlumatlarınızı paylaşmayın

Son dövrlər Azərbaycanda müxtəlif yollarla vətəndaşların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirməyə çalışan dələduzluq halları artmaqdadır. Bu hallar əsasən telefon zəngləri, saxta SMS və e-poçtlar, həmçinin sosial şəbəkələr və saxta veb-saytlar vasitəsilə həyata keçirilir.

Dələduzların tələsinə düşməmək üçün Bank Avrasiya müştərilərinə təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur:

Kart və bank məlumatlarınızı
üçüncü şəxslərlə paylaşmayın.

Kart nömrəsi, PIN kod, CVV və ya SMS-lə göndərilən təsdiq kodları yalnız sizə məxsusduronların paylaşılması ciddi risk yaradır.

Şübhəli zənglərə və mesajlara cavab verməyin.

Özünü bank və ya rəsmi qurum əməkdaşı kimi təqdim edən naməlum şəxslərin zənglərinə qarşı ehtiyatlı olun. Belə hallarda danışığı dərhal dayandırın və rəsmi kanallar vasitəsilə məlumat alın.

Şübhəli zənglərə
və mesajlara cavab verməyin.

Ödəniş və digər maliyyə əməliyyatlarını apararkən bankların və rəsmi xidmət təminatçılarının təsdiqlənmiş veb-saytmobil tətbiqlərindən istifadə edilməlidir.

Təhlükəsizliyiniz
bizim üçün önəmlidir!

Bank Avrasiya müştərilərini bir daha diqqətli olmağa, hər hansı şübhəli vəziyyətlə rastlaşdıqda dərhal bankla əlaqə saxlamağa çağırır.