“Bank Avrasiya” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına, Dövlət ipoteka proqramına uyğun olaraq, əhaliyə ipoteka kreditlərinin verilməsi xidmətini göstərir.

İpoteka kreditinin şərtləri

Kreditin məbləği 150 000 AZN-dək
İllik ipoteka faizi 7.30%
Komissiya haqqı 0,1%
Müddət 25 ilədək

Eyni zamanda 2 ipoteka krediti ala bilmə imkanı

Güzəştli ipoteka kreditləri illik 4 %, müddət 30 ilədək.

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

1.Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;

2.Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

3.Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

4.Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər.