Kommunal ödənişlər etmək üçün uzağa getmək lazım deyil. “Bank Avrasiya” ASC fərdi müştərilərə elektrik enerjisi, qazsu üzrə kommunal ödənişlərin qəbulu xidmətlərini təklif edir.
Kommunal ödənişlərin həyata keçirilməsi üçün müştəriyə fərdi identifikasiya kodu təyin edilir. Kod müştəriyə bir dəfə verilir. Müştəri “Bank Avrasiya” ASC-nin ofisinə gəlib kodu təqdim edərək, kommunal ödənişlərin qəbulu xidmətindən yararlana bilər. Əlavə olaraq, fərdi identifikasiya kodu vasitəsilə müştəri elektrik enerjisi, qaz və su üzrə olan borcu, ödəmə tarixləri barədə məlumatları və bu tipli başqa məlumatları əldə edə bilər.
Kommunal ödənişlərin qəbulu üzrə heç bir komissiya haqqı tutulmur.