“Bank Avrasiya” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına, Dövlət ipoteka proqramına uyğun olaraq, əhaliyə ipoteka kreditlərinin verilməsi xidmətini göstərir.
İpoteka kreditinin şərtləri
Kreditin məbləği | 150 000 AZN-dək | |
İllik ipoteka faizi | 7.30% | |
Komissiya haqqı | 0,1% | |
Müddət | 25 ilədək |
Eyni zamanda 2 ipoteka krediti ala bilmə imkanı
Güzəştli ipoteka kreditləri illik 4 %, müddət 30 ilədək.
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər
1.Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
2.Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
3.Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4.Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər.