Bizim bank sizə telefonunuz qədər yaxındır!  Müştərilərimiz artıq yeni MobilBank xidməti vasitəsilə mobil telefonlardan istifadə edərək, öz hesablarını idarə edə bilər.  “MobilBank” vasitəsilə müştəri banka müraciət etmədən, istənilən mobil operator nömrəsindən istənilən vaxtda onlayn rejimdə bir çox əməliyyatları həyata keçirə bilər:

  • Hesabdan çıxarışın alınması;
  • Kartın balansı haqqında məlumatın alınması;
  • Kommunal xidmətlərin ödənişi;
  • Mobil operator xidmətlərinin ödənişi;
  • İnternet provayder xidmətlərinin ödənişi;
  • Card-to-card əməliyyatı;
  • Kartın bloklaşdırılması (oğurlanması və ya itirilməsi hallarında).

MobilBank sisteminə qoşulmaq olduqca asandır.  Bunun üçün telefona internet vasitəsilə xüsusi midleti yükləmək və ATM-dən qeydiyyat şifrələrini çap etmək kifayətdir. Daha sonra bank kartı ATM-ə daxil edilərək, “Xidmətlər” menyusunun “MobilBank Qeydiyyat” bəndi seçilir. Bu halda ATM-də seriya nömrəsi və müvafiq kodlar olan çek çap olunacaqdır. Əməliyyatın sonunda isə İOS, Android, Java və BlackBerry platformalı mobil telefonlar üçün xüsusi proqramı yükləmək lazımdır.

“Bank Avrasiya” MobilBank proqramının Java platformalı telefonlar üçün və planşetlər üçün:
213.172.75.254:7171/mb/jar/avr/avrasiya.jad

“Bank Avrasiya” MobilBank proqramının BlackBerry(bis) telefonları üçün:
213.172.75.254:7171/mb/bis/avr/avrasiya.jad

“Bank Avrasiya” Mobilbank proqramının İOS versiyasının AppStore-dakı ünvanı:
https://itunes.apple.com/us/app/bankavrasiya-mobilbank/id798594819?mt=8

“Bank Avrasiya” Mobilbank proqramının Android versiyasının Play Market-dəki ünvanı:
https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobileAzAVR.app

“MobilBank” xidməti haqqında ətraflı məlumat.

“MobilBank” xidməti üçün heç bir haqq ödənilmir.