Əlavə vaxt itirməyə ehtiyac yoxdur. “Bank Avrasiya” ASC-nin müştəriləri plastik kart vasitəsilə heç bir yerə getmədən, sadəcə ONLAYN KREDIT ÖDƏMƏLƏRİ-nə daxil olaraq, real vaxt rejimində öz kredit borclarını ödəyə bilər. Həmçinin, həmin xidmət vasitəsilə müştərilər hesablarına mədaxil əməliyyatı da apara bilərlər. Bu prosedurun rahatlığı və sadəliyi hər bir müştərinin ürəyincə olacaqdır.

Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur.

Bunlardan əlavə, müştərilər arzu etdikləri halda, şəffaflıq və rahatlıq üçün həyata keçirdikləri bütün əməliyyatların təfərrüatları onların elektron ünvanına göndərilə bilər.