Bu xidmət tamamilə müştərilərin rahatlığı üçün nəzərdə tutulmuşdur. Plastik kart üzrə keçirilən bütün əməliyyatlar haqqında SMS-məlumatlandırma xidmətinə qoşularaq xəbərdar olmaq mümkündür. Bunun üçün “Bank Avrasiya”-nın plastik kart sahibi bankomat vasitəsilə aşağıda sadalanan mərhələləri həyata keçirməlidir:

  • Plastik kart bankomata daxil olunur;
  • Dil seçimi aparılır;
  • Kartın kodu yığılır;
  • “Ödəmələr” bəndi seçilir;
  • “Xidmətlər” bölməsinə keçid alınır;
  • “SMS-məlumatlandırma” xidməti seçilir;
  • Mobil telefonun nömrəsi yığılır, “davam etmək üçün bu düyməni basın” seçilir;
  • Mobil telefonun nömrəsi bir daha yığılır və “davam etmək üçün bu düyməni basın” seçilir.

 

SMS-məlumatlandırma xidməti bütün mobil operatorların abunəçilərinə təklif olunur. Xidmətin aylıq komissiya haqqı 1 AZN-dir.