BANK KARTLARI ILƏ ƏLAQƏDAR TƏHLÜKƏSİZLİK QAYDALARI

 

Ümumi təhlükəsizlik :

 

Kart Bankın mülkiyyətidir və kartın istifadə müddəti bitdikdən sonra Müştəri onu Banka qaytarır. Kart Banka qaytarılmadığı halda Bank tərəfindən birtərəfli qaydada bloklaşdırılır və etibarsız hesab edilir.

 

      1. Bank kartı ilə birlikdə Müştəriyə bağlı zərfdə olan ŞEN-kod təqdim olunur. ŞEN-kod Müştərinin imzasının analoqudur və ondan istifadə etməklə bank kartı üzrə aparılmış əməliyyatlar Müştəri tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Bank kartının və ya onun ŞEN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Müştəri bank kartını Bankın təqdim etdiyi müvafiq sənədlərə imza etməklə şəxsən qəbul edir. Kart müştəriyə daxili yaxud xarici kuryer vasitəsilə çatdırıldıqda, Müştəri kartı və ŞEN kod olan qapalı zərf Bankın müəyyənləşdirdiyi qaydada çatdırılaraq müştərinin ünvanında, ona şəxsən imzalatdırmaqla təqdim olunur.
      2. Bank Müştəriyə verdiyi əsas kartla yanaşı, onun yazılı ərizəsi əsasında, ərizədə göstərdiyi bütün yetkinlik yaşına çatmış şəxslərə əlavə kartlar verə bilər.
      3. Əsas və əlavə kartlarla aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti Müştəri (əsas kartın saxlayıcısı) daşıyır.
      4. Müştəri tərəfindən aparılmış əməliyyatlara görə komisyon haqlar Bank tərəfindən qüvvədə olan Tariflərə uyğun məbləğdə Müştərinin Hesabından akseptsiz qaydada silinir.
      5. Müştəri tərəfindən xarici valyuta ilə aparılmış əməliyyatlar “AZERİCARD” Prosessinq Mərkəzi daxilində olan bankomatlarda Azərbaycan Respublikasının Mərkəzi Bankın məzənəsi ilə aparılır, digər bankomatlarda aparılan əməliyyatlar üzrə Beynəlxalq ödəniş sistemin (VİSA, Master Card) məzənəsi ilə həyata keçirilir. Bank tərəfindən konvertasiya haqqı Bankın cari tarifinə əsasən tutulur.
      6. Əlavə bank kartları ilə aparılan bütün əməliyyatlara görə komisyon haqlar Bankın mövcud Tariflərinə uyğun müəyyən edilir.
      7. Hesab üzrə çıxarışları Müştəri Bankın filiallarında şəxsən və ya əvvəlcədən qeydiyyatdan keçirilmiş e-mail ünvanı vasitəsi ilə qəbul edir.
      8. Qeyri-iş günündə aparılan bütün əməliyyatlar, növbəti iş gününə aid edilir.
      9. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə, onun müvafiq etibarnamə üzrə səlahiyyətli nümayəndələrinə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş hallarda sorğu əsasında səlahiyyətli orqanlara və şəxslərə verilir.
      10. Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz.
      11. Banka məxsus Bankomatların işi barədə Müştəridən daxil olan şikayətlərə baxılarkən, Bank sübut kimi Bankomatda saxlanılan uçot qeydlərindən və videoyazılardan istifadə edir.
      12. Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında təcili olaraq onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə Bankın məlumat mərkəzinə (tel: +99412 598 85 85 daxili nömrə 888), yaxud Kart Prosessinq Təşkilatına (tel: +99412 598 46 97) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil vasitə və s.) haqqında müvafiq izahedici məlumatı Bankın saytından əldə etmək mümkündür.
      13. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqəlidirsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır.

Bank kartı vasitəsi ilə əməliyyat zamanı zəruri təhlükəsizlik tədbirləri :

Bankomat vasitəsi ilə əməliyyat zamanı diqqətli olun, digər şəxslərə kartı və ya ŞEN-kodu etibar etməyin. ŞEN-kodu daxil edərkən kənar şəxslərin onu görə bilməyəcəyinə əmin olun.

Bankomat vasitəsi ilə əməliyyat zamanı 30 saniyə ərizində vəsait verilir. Bu müddətdə vəsait müştəri tərəfindən götürülməzsə, onda həmin vəsait bankomata geri qayıdacaqdır və istədiyiniz məbləğ Bank kartı hesabınızdan silinəcəkdir.

Ticarət müəssisələrində kartla ödəniş zamanı satış əməliyyatını Sizin iştirakınızla aparılmasını tələb edin. Əks halda Sizin kartın sürəti çıxarıla və sonradan kartın dublikatı yaradıla bilər.

Satış qəbzini imzalayan zaman mütləq məlumatın dəqiqliyini yoxlayın və sonra imza edin.

Əməliyyatdan sonra Sizə qaytarılan kartın həqqiqətən Sizə aid olduğunu yoxlayın.

Ticarət müəssisələrində kart vasitəsi ilə əməliyyat edən zaman əgər ŞEN-kod daxil edirsinizsə, əvvəlcə əmin olun ki, ŞEN-kod üçün qurğu ödəniş terminalına birləşib və ya onun üzərindədir. Heç bir halda ticarət müəssisələrində kartın ŞEN-kodunu iki dəfə ayrı-ayrı qurğularda daxil edilməsi təklifini qəbul etməyin. Unutmayın ki, ŞEN-kod daxil olunmaqla keçirilən əməliyyatlar kart sahibi tərəfindən aparılmış hesab olunur.

İnternet vasitəsi ilə əməliyyat zamanı, bir qayda olaraq, çalışın etibarlı müəssisələrin xidmətindən istifadə edin. Bir qayda olaraq, daha etibarli virtual bazar subyektləri ödənişləri sertifikasiyadan keçmiş sistemlərindən istifadə edərək qəbul edirlər. Məsələn: Secure Socket Layer (SSL) protokolu və ya Secure Electronic Transaction (SET) standartı.

Kartın nömrəsini, CVV2 kodu (bəzən PVV2), istifadə müddəti haqqında informasiyanı heç bir halda telefon vasitəsi ilə hər hansı müəssisəyə (təyinatından asılı olamayaraq) qəti təqdim etməyin.

Bankın və Prosessinq Mərkəzinin telefon nömrəsini ayrı bir yerdə saxlayın (mobil telefonunuzun kitabçasında və s.).

 

Bunları bilmək əhəmiyyətlidir :

 

ŞEN (Şəxsi Eyniləşdirmə Nömrəsi) xüsusi unikal dörd rəqəmli şifrə olmaqla elekton ödəniş terminallarına kart vasitəsi ilə əməliyyatın keçməsini təmin edir. Heç kim heç bir halda Sizdən bu kodu tələb etmək hüququna malik deyil.

ŞEN-kod zərfdən başqa heç bir yerdə qeydə alınmır və kart sahibi Bankdan ŞEN zərfi aldıqdan sonra ŞEN-koda görə məsuliyyəti şəxsən daşıyır.

ŞEN-kodu heç bir halda kartla bir yerdə saxlamayın və ya kartın üzərində qeyd etməyin. ŞEN-kodu yadda saxlayın və ya heç kimin əldə edə bilməyəcəyi bir yerdə saxlayın.

Bankda və ya ticarət müəssisələrindəki kassirlər istisna olmaqla heç bir halda kənar şəxslərə kartı etibar etməyin. Əgər kartla əməliyyat edilirsə, bu halda qəti şəkildə kartı diqqətdən kənar buraxmayın.

Bank kartının maqnit xəttini zədələnmədən qoruyun. Heç bir halda güclü elekto-maqnit təsirə malik olan cihazlarla kartı bir tutmayın.

Hesabınız üzrə hərəkətə daimi nəzarətin həyata keçirilməsi və kart üzrə hərəkətlər barədə online SMS məlumatlandırma və internet-banking xidmətindən istifadə etməyi tövsiyyə edirik. Əgər Siz xaricdəsinizsə və roaming xidmətinə qoşulmamısınızsa, tranzaksiyalara nəzarət olunması üçün sizin yaxınlarınızın telefon nömrələrini təqdim edin.

ŞEN-kodu unutmaq, Bank kartının üzərinə qeyd etmək, onları bir yerdə saxlamaq və ya kiməsə etibar etmək olmaz!

Bankomat vasitəsi ilə əməliyyat zamanı Bank kartının ŞEN-kodunu daxil edərkən diqqətli olun, kənar şəxslərin monitora və ya

klaviaturaya baxmasına şərait yaratmayın!

ATM və POS-terminallarda əməliyyat zamanı Sizə verilən qəbzləri onlara yaxın yerdə olan qutulara atmayın!

ŞEN-kodun nömrəsinin üç dəfə düzgün daxil edilmədiyi təqdirdə, Sizin kartınız bloklaşdırılacaqdır.

Hər ayın sonu Sizə aid Bank kartı üzrə əməliyyatları yoxlayın! Hər hansı tanış olmayan əməliyyat aşkar etdiyinizdə mütləq Bankın müştəri xidmətlərinə müraciət edin!

Bank kartının itirildiyi və ya oğurlandığı zamanı dərhal Bankın müştəri xidmətlərinə və ya Prosessinq Mərkəzinə müraciət edin!

 

Kartlar üzrə limitlər

Kart Növü Əməliyyatın növü Şərt Maksimal məbləğ üzrə limit Say üzrə limit (günlük)
Bütün kartlar ATM üzrə nağdlaşdırma 1 əməliyyat 1000 AZN/USD Limit yoxdur
Əmək haqqı Kartları ATM üzrə nağdlaşdırma 1 əməliyyat 1000 AZN/USD 5
AZN kartlardan Card to Card/ Cash by Code xarici valyutada köçürmə 24 saat 1100 USD Limit yoxdur
Bütün kartlar Card to Card qəbul Limit yoxdur Limit yoxdur
AZN kartlardan ATM/POS xarici valyutada nağdlaşdırma 24 saat 1100 USD Limit yoxdur
Bütün kartlar Maqnit lent ilə keçən əməliyyatlar (Hotel və Mehmanxana ödənişləri xaric) 24 saat 100 USD 5
Bütün kartlar ABŞ ərazisində Avtomatik Yanacaq Doldurma məntəqələrində 7 gün 1
3D Secure xidmətinə qoşulmamış kartlar Ölkəxarici 3D Secure saytlarda əməliyyat etdikdə İcazə verilmir İcazə verilmir
3D Secure xidmətinə qoşulmamış kartlar Ölkədaxili 3D Secure saytlarda əməliyyat etdikdə 24 saat 200 AZN Limit yoxdur
3D Secure xidmətinə qoşulmamış kartlar Ölkədaxili 3D Secure Risk MCC qrupuna daxil olan saytlarda əməliyyat etdikdə ¹ İcazə verilmir İcazə verilmir
VİSA Business/MasterCard Business Ödəmə terminallarından mədaxil İcazə verilmir İcazə verilmir
VİSA Business/MasterCard Business Cart to Card/ Cash by Code əməliyyatları İcazə verilmir İcazə verilmir
VİSA Business/MasterCard Business Quasi Cash (elektron pul kisələri)/ Gambling (mərc oyunları,lotoreya) tipli əməliyyatlar İcazə verilmir İcazə verilmir

Terminallar üzrə limitlər

Emitent Əməliyyatın növü Şərt Maksimal məbləğ üzrə limit Say üzrə limit (günlük)
Ölkədaxili digər Bankların kartları ATM nağdlaşdırma 1 əməliyyat 1000 AZN/USD Limit yoxdur
Ölkədaxili digər Bankların kartları POS terminallar üzrə nağdlaşdırma Limit yoxdur Limit yoxdur
Ölkəxarici Bankların kartları ATM nağdlaşdırma 1 əməliyyat 1000 AZN/USD Limit yoxdur
Ölkəxarici Bankların kartları POS terminallar üzrə nağdlaşdırma Limit yoxdur Limit yoxdur
Bank Avrasiya kartları/Ölkədaxili digər Bankların kartları Bank Avrasiyanın rəsmi saytından hesaba mədaxil, Kredit ödənişi 1 əməliyyat 3000 AZN/USD Limit yoxdur

* Qeyd: Müştəri Banka yazılı müraciət edərək limitləri müvəqqəti və ya daimi deaktiv edə bilər və ya limitin məbləğini/sayını dəyişə bilər.

¹   5932 Antique Shops-Sales, Repair;

5943 Stationery,office,and School;

5045 Computers/Peripheral/Softwr;

5944 Jewelry Stores – Watches;

5967 Direct Marketing-Inbound Te;

5962 Direct Marketing-Travel Rel;

5966 Direct Marketing-Outbound T;

5912 Drug Stores,pharmacies;

7372 Computer And Data Processin;

5094 Precious Stones/Metals/Jewe;

5946 Camera And Photographic Sup;

7995 Gambling Transactions;

5732 Electronic Sales;

4816 Computer/Network/Inform.;

5122 Drugs/Drug Propriat/Sundrie;

5734 Record Shops;