Biznes kreditləri istənilən biznesin inkişafına təkan verəcək əhəmiyyətli vasitədir. “Bank Avrasiya” ASC müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara bizneslə bağlı yaranan ehtiyacların ödənilməsi və ya müxtəlif layihələrin həyata keçirilməsi üçün biznes kreditləri təklif edir.

Kreditin alınması üçün tələb olunan ilkin sənədlər:

  • kredit sifariş anketi-huquqi;
  • biznes-plan;
  • VÖEN (surəti);
  • nizamnamə (notarial qaydada təsdiq olunmuş surəti);
  • kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş surəti);
  • maliyyə sənədləri (balans, mənfəət və zərər hesabatı, pul axını hesabatı, vergi bəyannamələri);
  • başqa banklarda olan hesabların qalıqları və dövriyyəsi barədə məlumat (arayış, çıxarış formasında);
  • kreditin alınması barədə səlahiyyətli orqanın qərarı (əsli ilə eyniliyi təsdiq olunmuş surəti);
  • borcalanın (rəhbərin / sahibkarın) şəxsiyyət vəsiqəsinin surəti;
  • hüquqi şəxsin adından imza atmaq səlahiyyətinə malik şəxsin müvafiq vəzifəyə təyin olunmasına dair qərar (əsli və eyniliyi təsdiq olunmuş surəti);
  • kredit mütəxəssisinin tələb etdiyi müvafiq girov sənədləri.

Kredit kalkulyatoru