Bank kartları ödəniş və digər bu kimi əməliyyatları həyata keçirməyi qat-qat asanlaşdıran vasitədir.  Bu kartlar gündəlik və istənilən növ digər ödənişlərin rahat həyata keçirilməsində əvəzsizdir.  “Bank Avrasiya” ASC korporativ müştərilərə MasterCard Business, MC Debit Salary, Visa Business və Visa Classic Salary  beynəlxalq ödəniş sistemlərinin plastik kartlarını təklif edərək, dünyanın bir çox ölkəsində asanlıqla istifadə imkanları yaradır. Sizə aşağıdakı plastik kart seçimləri təqdim edilir:

MasterCard Business və Visa Business Bankın müştərisi olan şirkətin hesabına əməkdaşın ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bank müştəriyə bu kart vasitəsilə həyata keçirilmiş bütün əməliyyatlar barədə məlumat verə bilər (həmçinin, SMS-məlumatlandırma xidməti vasitəsilə). Bu, öz növbəsində, hesablama və xərclərin qruplaşdırılması proseslərini asanlaşdırmağa kömək edir. MasterCard Business və Visa Business dünyanın istənilən nöqtəsində istifadə olunma imkanına malikdir.

“Bank Avrasiya” ASC korporativ müştərilər üçün, həmçinin, MC Debit Salary və Visa Classic Salary plastik kartları vasitəsilə əməkdaşların əmək haqlarının ödənilməsini həyata keçirir.

Bu xidmətin üstünlükləri:

  • inkassasiya xərclərinə qənaət;
  • mühasibatlıq və xəzinə bölmələrinin vaxtına qənaət;
  • əməkdaşların əmək haqlarının verilməsində operativlik;
  • SMS-məlumatlandırma xidməti;
  • PIN-Change xidməti;
  • əmək haqqı kartlarının sahibləri üçün istehlak kreditlərinin alınması prosesinin asanlaşdırılması və s.
Əməliyyatın növü MC Platinum MC Gold /Visa Gold MC Standard/ Visa Classic MC Debit MC Business / Visa Business MC Debit Saving* MC Debit/ Visa Classic Salary
İki il müddətinə əsas kartın əldə olunması və istifadə haqqı 50 AZN/USD/EUR 0 0 0 20 AZN/USD/EUR 0 Razılaşma yolu ilə
Əlavə kartın əldə olunması və istifadə haqqı 30 AZN/USD/EUR 15 AZN/USD/EUR 10 AZN/USD/EUR 5 AZN/USD/EUR 10 AZN/USD/EUR 10 AZN/USD/EUR
Üç il müddətinə kartın buraxılışı 70 AZN/USD/EUR 30 AZN/USD/EUR 20 AZN/USD/EUR 15 AZN/USD/EUR 30 AZN/USD/EUR 0 Razılaşma yolu ilə
Kart hesabına ilkin mədaxilin minimal məbləği 0 AZN/USD/EUR 500 AZN/USD/EUR 100 AZN/USD/EUR 20 AZN/USD/EUR Razılaşma yolu ilə 0 0
PIN kodun itirilməsinə görə yeni sifariş 20 AZN/USD/EUR 15 AZN/USD/EUR 10 AZN/USD/EUR 5 AZN/USD/EUR 5 AZN/USD/EUR 5 AZN/USD/EUR
Kart hesabına açılan kredit xəttinin maksimal məbləği ** 200000 AZN/USD/EUR 100000 AZN/USD/EUR 20000 AZN/USD/EUR 5000 AZN/USD/EUR Razılaşma yolu ilə
Faizsiz kreditin maksimal məbləği 10000 AZN/USD/EUR 5000 AZN/USD/EUR 2000 AZN/USD/EUR 500 AZN/USD/EUR 2000 AZN/USD/EUR
Faizsiz kreditin istifadə müddəti*** Cari ayın axırına kimi +10 gün
SMS-məlumatlandırma üzrə aylıq komissiya haqqı 1 AZN (və ya onun ekvivalenti)
Kartın təcili sifariş olunması 10 AZN/USD/EUR
Kartın itirilməsinə görə onun fəaliyyətinin dayandırılması 20 AZN/USD/EUR
Texniki overdraft üzrə faiz (illik) 0 %
Yaranmış borc üzrə hesablanan faiz (illik) Eyni valyutada deposit girovu ilə təmin olunmuş kreditlər üzrə -depozit faizi +2 %, digər hallarda -26 %
Ticarət və xidmət məntəqələrində kartın istifadəsi 0
Silinmiş məbləğə əsassız etirazın bildirilməsi 20 AZN/USD/EUR
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi, PIN-kodun açılması) 1 AZN/USD/EUR
Kart hesabının valyutasından fərqli valyutada əməliyyat 0,5%
Card-to-Card əməliyyatı üzrə vəsaitlərin köçürülməsi 0.5%, min 0.20 AZN/USD/EUR
Card-to-Card əməliyyatı üzrə vəsaitlərin alınması 0% 0.5%, min 0.20 AZN/USD/EUR
Cash by Code əməliyyatı üzrə vəsaitlərin köçürülməsi 0%
Cash by Code əməliyyatı üzrə vəsaitlərin alınması (Azəricard şəbəkəsi daxilində) Bank Avrasiyanın ATM-dən – 1%, min 0.4 AZN/USD/EUR

Resident bankların ATM-dən – 1.5%, min 1.6 AZN/2 USD/1.6 EUR

Azərbaycan Respublikası ərazisində gömrük rüsumların ödənilməsi 0.2%, min 0.40 AZN/USD/EUR
“Unique” tipli əməliyyatlar (Mərc oyunları, lotereya və s.) 3%, min 6 AZN/USD/5EUR
Kommunal ödənişləri 0%
Mobil operatorların xidmətlərinə görə ödənişlər 0%
Xarici banklar tərəfindən emissiya olunmuş kartlar üzrə POS terminal vasitəsilə nağd vəsaitin verilməsi 1.5%
Kredit xəttinin açılmasına görə haqq 0%

Qeydlər:

* əmanətlər üzrə faizlərin alınması üçün kart;
** “Bank Avrasiya” ASC-nin əmanətçiləri üçün kredit kartları üzrə əmanətin 80%-nə qədər kredit xətti açılır;
*** cari ayın axırıncı gününə yaranmış və ödənilməmiş borc üzrə faizlərin hesablanması növbəti ayın 10-cu günündən başlayır;

**** kartın hesabına ilkin mədaxil minimal 5000 AZN/EUR/USD olduqda, MC Platinum kart pulsuz əldə olunur.

“Bank Avrasiya” ASC-də əmanət yerləşdirmiş şəxslər müxtəlif kateqoriyalar üzrə pulsuz plastik kartlar əldə edirlər. Belə ki,

  • 100-999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Debit  kartı verilir;
  • 1000-4999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Standard / Visa Classic kartı verilir;
  • 5000-99999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Gold / Visa Gold kartı verilir;
  • 100000 AZN/USD/EUR və yuxarı məbləğli depozit sahiblərinə pulsuz MC Platinum kartı verilir.

Yuxarıda göstərilən kart növlərinə və məbləğlərə görə kredit xətti açılan zaman da eyni qayda tətbiq olunur.

Vizasız rejim tətbiq olunan ölkələrdən Azərbaycana gələn və 90 günə qədər Azərbaycanda qalan əcnəbilərə xüsusi kart hesabı açılarkən, hər bir kart hesabı üçün 500 (beş yüz) ABŞ dolları depozit tələb olunur və həmin məbləğ müştərinin cari hesabında kartın qüvvədə olma müddətində blok olunur və bu depozit məbləği kart Banka təhvil verildikdən 40 gün sonra blokdan çıxarılaraq müştəriyə geri qaytarılır.

— Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklərin 01.01.2017-ci il tarixindən qüvvəyə minməsi ilə əlaqədar olaraq qeyd olunan tarixdən etibarən plastik kartlar vasitəsilə internet üzərindən aparılan ödənişlər zamanı vergi tətbiq olunan sahələrlə buradan tanış ola bilərsiniz.

Əməliyyatın növü MC Platinum MC Gold /Visa
Gold
MC Standard/Visa
Classic
MC Debit MC Business/Visa Business MC Debit
Saving*
MC Debit/Visa Classic
Salary
“Bank Avrasiya” ASC-nin ATM-danvə şöbələrindən nağd
vəsaitin çıxarılması
1%, min 0,80 AZN/0,60USD/0,60EUR 0
Rezident bankların ATM-dənvə şöbələrindən nağd vəsaitin
çıxarılması
1.5%, min 1.6 AZN/2 USD/1.6 EUR
Qeyri-Rezident bankların ATM-dən nağd vəsaitin
çıxarılması
1.5%, min 3.5 AZN/USD/EUR
Qeyri-Rezident bankların şöbələrindən nağd vəsaitin
çıxarılması
1.5%, min 6 AZN/USD/EUR