Hörmətli Müştəri, apardığınız əməliyyatlarda dələduzluq hallarından qorunmaq üçün, xahiş edirik aşağıdakı təhlükəsizlik qaydalarına riayət edəsiniz:

  • kart məlumatlarınızı (kart nomrəsi, kartın istifadə müddətinin bitmə tarixi, CVV-kod, PİN-kod, 3D Secure şifrəsi) heç kimə bildirməyəsiniz;
  • PİN-kodu kartın üzərinə yazmayasınız və kartla bir yerdə saxlamayasınız;
  • kartla aparılan əməliyyatlar haqqında anında məlumat almaq üçün SMS məlumatlandırma xidmətinə qoşulasınız, habelə Bankın təqdim etdiyi elektron bankçılıq (mobile banking) xidmətindən istifadə edəsiniz;
  • kartın itirildiyi və ya oğurlandığı təqdirdə dərhal kartı blok edib, Bankla əlaqə saxlayasınız;
  • internet üzərindən aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçün 3D Secure xidmətinə qoşulasınız;
  • kartın ön və arxa tərəfinin şəkillərini heç kimlə bölüşməyəsiniz…