“Bank Avrasiya” öz plastik kart sahiblərinə yeni “PIN-Change” xidmətini təklif edir. “PIN-Change” xidməti plastik kart sahiblərinin rahatlığı üçün nəzərdə tutulub. Müştəri bu xidmətdən istifadə edərək, öz plastik kartının PIN kodunu istənilən onun üçün asan yadda qalan 4 rəqəmli kod ilə əvəz edə bilər. ”

“PIN-Change” xidmətindən istifadə etmək üçün “Bank Avrasiya”-nın plastik kart sahibi bankomat vasitəsilə aşağıda sadalanan mərhələləri həyata keçirməlidir:

  • Plastik kart bankomata daxil olunur;
  • Dil seçimi aparılır;
  • Kartın kodu yığılır;
  • “Ödəmələr” bəndi seçilir;
  • “Xidmətlər” bölməsinə keçid alınır;
  • “PIN-Change” xidməti seçilir;
  • Yeni 4 rəqəmli kod yığılır, “ENTER” düyməsi basılır;
  • Yeni kod təkrarən yığılır və “ENTER” düyməsi basılır.

 

PIN-Change” xidmətindən istifadə haqqı 2 manat təşkil edir.