“Bank Avrasiya” ASC satış və xidmət müəssisələrində nağdsız ödənişlərin aparılması üçün POS terminalların quraşdırılmasını pulsuz olaraq həyata keçirir.

POS terminalların satış və xidmət müəssisələri üçün bir çox üstünlükləri var. Onlardan ən əsasları nağd vəsaitlərlə olan əməliyyatlarda iş yükünün azaldılması, o cümlədən, inkassasiya xidmətlərinə olan ehtiyacın azaldılması, ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılmasıdır.

POS Terminalın quraşdırılması üçün tələb olunanlar:

  • Hüquqi Şəxs:
    • Bankda hesab açmaq;
    • POS-terminal quraşdırılması üçün müraciət ərizəsi;
    • VÖEN-in surəti;
    • Firma rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;
    • Obyekt kodları(Vergilər Nazirliyi tərəfindən uçota alınma haqqında verilən ARAYIŞ);
    • İcarə müqaviləsinin surəti;
    • əlaqə saxlanılacaq şəxs haqqında məlumatlar.
  • Fiziki Şəxs:
    • Bankda hesab açmaq;
    • POS-terminal quraşdırılması üçün müraciət ərizəsi;
    • VÖEN-in surəti;
    • Şəxsiyyət vəsiqəsinin surəti;
    • Obyekt kodları(Vergilər Nazirliyi tərəfindən uçota alınma haqqında verilən ARAYIŞ);
    • İcarə müqaviləsinin surəti;
    • əlaqə saxlanılacaq şəxs haqqında məlumatlar.

 

POS terminalların istifadə tarifləri razılaşma yolu ilə müəyyən olunur .