Sənədli əməliyyatlar beynəlxalq ticarətdə istifadə olunan ən qabaqcıl maliyyə alətidir. Bu alət vasitəsilə alqı-satqı əməliyyatları ilə məşğul olan təşkilat və fərdi sahibkarlar özlərini potensial maliyyə risklərindən müdafiə edə bilər. “Bank Avrasiya” ASC beynəlxalq əməkdaşlıqların rahat və qarşılıqlı etimad əsasında təşkil olunması üçün korporativ müştərilərə sənədli əməliyyatlar üzrə aşağıdakı xidmətləri təqdim edir:

  • akkreditiv;
  • inkasso;
  • qarantiya.

Sənədli akkreditiv emitent bankın (alıcı tərəf) müştərisinin tapşırığı ilə benefisiar banka (satıcı tərəf) müvafiq sənədlərin (nəqliyyat, sığorta, gömrük, əmtəə və s.) təqdim olunması müqabilində müəyyən məbləğin ödənilməsini təmin edən öhdəlikdir. Sənədli akkreditiv beynəlxalq ticarətdə tərəfdaşlar arasında yarana biləcək risklərdən etibarlı müdafiə formasıdır.

 

Əməliyyatın növü Valyuta
AZN USD EUR
Akkreditivin açılması
– 500000 AZN/USD/EUR-ya qədər 0,2%
min 50 min 50 min 50
– 500001-1000000 AZN/USD/EUR 0,15 % 0,15 % 0,15 %
– 1000001 AZN/USD/EUR-dan yuxarı 0,1 % 0,1 % 0,1 %
Akkreditivin avizo olunması (bank təsdiqi olmadan) 0,1%
min 30 max 300 min 30 max 300 min 30 max 300
Sənədlərin yoxlanılması (hər göndərilmiş sənədlər paketinin yoxlanılması üçün tutulur) 0,1%
min 30 max 300 min 30 max 300 min 30 max 300
Akkreditiv üzrə vəsaitlərin benefisiar bankına köçürülməsi (hər transfer üçün tutulur) 0,1%
min 50 max 300 min 50 max 300 min 50 max 300
Akkreditivin təsdiqlənməsi (hər ay və ya onun hissəsi) Razılaşma yolu ilə
Təxirə salınmış ödəmə (akkreditiv üzrə köçürmə komissiyasından əlavə olaraq tutulur) 30 30 30
Akkreditiv şərtlərinin dəyişdirilməsi 30 30 30
Akkreditivin ötürülməsi 0,1%
min 50 max 300 min 50 max 300 min 50 max 300
Akkreditivin məbləğinin artırılması 0,2%
min 50 min 50 min 50
Akkreditivdən imtina 100 100 100
Poçt xidmətləri (hər göndərilmiş paketə görə) 50 50 50

Qeyd: Müxbir bankın komisyon haqqları əlavə tutulur. Sənədli akkreditiv ssuda hesabındakı kredit xəttinin və ya akkreditiv çərçivəsində kredit xəttinin hesabına açılmışdırsa, həm kredit xətti üzrə faiz, həm də cari tariflər üzrə əməliyyat komisyon haqqı tutulur.

Sənədli inkasso benefisiar bankın satıcının tapşırığı ilə emitent banka bütün sənədlərin göndərilməsi əməliyyatıdır. Bu cür sənədli əməliyyatlar adətən qarşılıqlı etibarlılıq əsasında qurulmuş tərəfdaşlıq zamanı tətbiq olunur. Satıcının alıcı tərəfdən heç bir zəmanət olmadan malı göndərməyi bunun sübutudur.

Əməliyyatın növü Valyuta
AZN USD EUR
Sənədlərin inkassoya qəbulu 0,2%
min 30
max 100
min 30
max 300
min 30
max 300
Ödənişə və ya təsdiqə sənədlərin çatdırılması 0,1%
min 10
max 100
min 10
max 300
min 10
max 300
Şərtlərin dəyişdirilməsi 10 10 10
Ödənişdən imtina və təsdiq olunmamış sənədlərin geri qaytarılması 30 30 30
Poçt xidmətləri (hər göndərilmiş paketə görə) 50 50 50

Qeyd: Müxbir bankın komisyon haqqları əlavə tutulur.

 

Qarantiya emitent bank tərəfdən satıcının tələbnamə təqdim etdiyi halda ona müəyyən məbləğin ödənilməsi barədə öhdəlikdir. Belə ki, qarantiya alıcının satıcı qarşısında olan öhdəliyinin təminatıdır.

Əməliyyatın növü Valyuta
AZN USD EUR
– pul vəsaiti ilə təmin olunmuş 0.1%
min 50 min 50 min 50
– pul vəsaiti ilə təmin olunmamış Razılaşma yolu ilə
Qarantiyanın avizo olunması 0.2%
min 30
max 300
min 30
max 300
min 30
max 300
Qarantiya mətninin tərtibi 50 50 50
Qarantiya şərtlərinin dəyişdirilməsi 30 30 30
Təmin olunmamış qarantiyanın məbləğinin artırılması, müddətin uzadılması Razılaşma yolu ilə
Poçt xidmətləri (hər göndərilmiş paketə görə) 50 50 50