Müştəri apardığı əməliyyatlarda dələduzluq hallarından qorunması üçün, aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməlidir:

  • kart məlumatlarını (kart nomrəsi, kartın istifadə müddətinin bitmə tarixi, CVV-kod, PİN-kod, 3D Secure şifrəsi) heç kimə bildirməməlidir;
  • PİN-kodu kartın üzərinə yazmaq və kartla bir yerdə saxlamamalıdır;
  • kartla aparılan əməliyyatlar barədə anında məlumat almaq üçün SMS məlumatlandırma xidmətinə qoşulmaq, habelə Bankın təqdim etdiyi elektron bankçılıq (mobile banking) xidmətindən istifadə edilməlidir;
  • kartın itirildiyi və ya oğurlandığı təqdirdə dərhal kartı blok edib, Bankla əlaqə saxlamalıdır;
  • internet üzərindən aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçün 3D Secure xidmətinə qoşulmalıdır;
  • kartın ön və arxa tərəfinin şəkillərini heç kəslə bölüşməməlidir…