Dövlət İpotekası

İllik 7.8%-dən başlayaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditini əldə etmək mümkündür.

Ətraflı məlumat

150 000  AZN

Məbləğ

25 il

Müddət

7.8%

illik faiz dərəcəsi



Maksimal məbləğ

150 000 AZN

Maksimal illik faiz dərəcəsi

7,8%

Maksimal müddət

25 il

İlkin ödəniş minimum

30%

Komissiya

0%

Güzəştlərdən kimlərin istifadə etmək hüququ var:

 

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • şəhidin övladları;
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
  • Azərbaycanın Milli Qəhrəmanının övladları;
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer);
  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
  • şəhid ailəsinin üzvü (əri/arvadı).
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
  • Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Müraciət et

Şəxsi məlumatlar

Check human

Kredit tarixçəm haqqında məlumatlarımın Azərbaycan Kredit Bürosundan və ASAN Finans sistemi vasitəsilə şəxsiyyəti təsdiq edən sənəd, iş yeri, əmək haqqı və s. məlumatlarımın "Bank Avrasiya"ya təqdim edilməsinə razılıq verirəm. Biz məlumatlarınızın təhlükəsizliyinə və qorunmasına zəmanət veririk.

OTP kodu təsdiqləyin (Nömrənizə göndərilən 4 rəqəmli kodu daxil edin)

OTP keçərlilik müddəti : {{countDown}}
Daxil edilən OTP yanlışdır!

Müraciətiniz uğurla göndərildi

Müraciətinizə tezliklə baxılacaq

Digər məhsullar