Audit Komitəsi

  • Sədr  —  Əhmədov Zaur Qalib oğlu (tel.: (+99412) 598 85 85 (daxili 200);e-mail: info@bankavrasiya.az)
  • Üzv —  Paşayev Vahid Rəhman oğlu  (tel.: (+99412) 598 85 85 (daxili 200); e-mail: info@bankavrasiya.az)
  • Üzv  —  Ziyatxanov Nofel Ziyatxan oğlu  (tel.: (+99412) 598 85 85 (daxili 200); e-mail: info@bankavrasiya.az)

Kredit Komitəsi

Bank fəaliyyətində mövcud olan kredit risklərini səmərəli idarəetmə, kredit siyasətini müəyyənləşdirmək, kredit məhsullarını təsdiq etmək və mövcud kredit məhsullarına dəyişikliklər etmək, kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək, kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək, kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliliyini (adekvatlığını) yoxlamaq və təhlil etmək, kredit portfelinə aid riskləri təhlil etmək və digər vəzifələri daşıyır.

 

Kredit Komitəsinin üzvləri:

  • Sədr    — İdarə Heyətinin Sədri;
  • Üzvlər — Kreditlərə Nəzarət Departamentinin Direktoru;
  •                İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru;
  •                Maliyyə Departamentinin Direktoru;
  •                Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktoru;
  •                Risklərin İdarə Edilməsi Departamentinin Direktoru;
  •                Təhlükəsizlik Departamentinin Direktoru.

 

(yərləşdirmə tarixi 23.10.2019-cu il)

Risklərin İdarə Edilməsi Komitəsi

Bankın fəaliyyəti nəticəsində yaranan bütün növ risklərin idarə edilməsi ilə bağlı siyasətlərin, qaydaların, limitlərin müəyyən olunması və qiymətləndirilməsini, digər komitələrin fəaliyyətinin koordinasiya edilməsini, risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi üçün bu sahədə mövcud bankdaxili qaydalara aid müvafiq metodoloji izahatların, tövsiyələrin hazırlanmasını həyata keçirir.

Risklərin İdarə Edilməsi Komitəsinin üzvləri:

  • Sədr      — Müşahidə Şurasının Sədri
  • Üzvlər  —  İnformasiya Texnologiyaları Departamentinin Direktoru;
  •                  Maliyyə Departamentinin Direktoru;
  •                  Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktor;
  •                  Risklərin İdarə Edilməsi Departamentinin Direktoru;
  •                  İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru;
  •                  Kreditlərə Nəzarət Departamentinin Direktoru;
  •                  Audit Komitəsinin Sədri (səsvermə hüququ olmadan)

(yərləşdirmə tarixi 23.10.2019-cu il)

Mükafatlandırma Komitəsi

Bankda uzunmüddətli nəticəyə əsaslanan motivasiya sisteminin qurulmasi, strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirmək və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək, mükafatlandırma prosesinə nəzarəti həyata keçirmək, mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasını təmin etmək və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməmək, habelə mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanmasını təmin etmək məqsədilə yaradılan orqandır.

Bankın mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:

  • Adekvatlıq – qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;
  • Ədalətlilik — dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;
  • Balanslaşma — bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;
  • Səmərəlilik — mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;
  • Uyğunluq — Mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;
  • Şəffaflıq –Mükafatlandırma siyasəti ilə bağlı məlumatların işçilərə açıqlanması.

Mükafatlandırma Komitəsinin üzvləri:

  • Sədr       — Müşahidə Şurasının Sədri;
  • Üzvlər   — İdarə Heyətinin Sədri;
  •                  Maliyyə Departamentinin Direktoru;
  •                  Kreditlərə Nəzarət Departamentinin Direktoru;
  •                  İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru
  •                  Xəzinədarlıq və Hesablaşmalar departamentinin Direktoru
  •                  Risklərin İdarə Edilməsi Departamentinin Direktoru

 

(yərləşdirmə tarixi 23.10.2019-cu il)

İşəqəbul Komissiyası

Bankı lazimi sayda, lazmi keyfiyyətdə və lazimi vaxtda insan resurslari ilə təmin edilməsinə nəzarət etmək məqsədilə yaradılan orqandır.

İşəqəbul Komissiyasının üzvləri:

  • Sədr      —    İdarə Heyətinin Sədri
  • Üzvlər  —    Maliyyə Departamentinin Direktoru;
  •                     Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktoru;
  •                     İnzibati İşlər və Təsərrüfat Departamentinin Direktoru;
  •                     İnsan Resursları Şöbəsinin Müdiri.

Satınalmalar Komissiyası

Bankı lazimi vaxtda və lazımi keyfiyyətdə mal və xidmətlərlə təmin edilməsinə nəzarət etmək vəzifəsi həvalə edilmiş orqandır.

Satınalmalar Komissiyasının üzvləri:

  • Sədr  —     Müşahidə Şurasının Sədri;
  • Üzvlər  — Maliyyə Departamentinin Direktoru;
  •                  Təsərrüfat Şöbəsinin Müdiri;
  •                  Risklərin İdarə Edilməsi Departamentinin  Direktoru;
  •                  İnformasiya Texnologiyaları Departamentinin Direktoru.