Geniş əhali təbəqəsinin ödəniş kartlarından istifadəyə stimullaşdırılması, cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə AR Mərkəzi Bankı Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə 1 mart 2020-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereya keçirilir.

İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq mart və aprel aylarını (1 mart 2020-ci il tarixindən 30 aprel 2020-ci il tarixinədək) əhatə edəcək. Bu dövrdə “Bank Avrasiya” ASC tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin (mağaza, restoran və s.) POS-terminallarında minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Lotereyanın uduş məbləği 100 (bir yüz) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq.

Lotereyada “Bank Avrasiya”ASC-nin “Visa” brendli ödəniş (debet və kredit) kartları, o cümlədən əmək haqqı kartları iştirak edəcəkdir.

Lotereya dövründə ümumilikdə ölkə üzrə 300 nəfərin qalib olacağı planlaşdırılır.

“Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində  yerləşdirilmişdir.