Bank Avrasiya – maliyyə təhlükəsizliyi və sabit gəlir üçün etibarlı ünvan

Əmanət yerləşdirmək – sadəcə pul saxlamaq deyil, o vəsaiti işlətmək və qorumaq deməkdir. Biz bu prosesi maksimum təhlükəsizlik və şəffaflıq prinsipləri ilə həyata keçiririk.


Niyə əmanət qoymaq vacibdir?
Gələcəkdə gözlənilməz vəziyyətlərdən qorunmaq, planladığınız böyük xərcləri (təhsil, mənzil, səyahət) rahatlıqla qarşılamaq və maliyyə azadlığına bir addım yaxın olmaq üçün əmanət sistemi mühüm rol oynayır.
Bank Avrasiya olaraq müştərilərimizin maliyyə sabitliyini və gələcəyini təmin etmək üçün geniş çeşiddə əmanət məhsulları təqdim edirik. Hər bir müştərinin ehtiyac və planlarına uyğun olaraq hazırladığımız əmanətlər – həm sərfəli şərtləri, həm də etibarlı yanaşması ilə seçilir.


Bank Avrasiya-da siz aşağıdakı əmanət növlərindən yararlana bilərsiniz:
“Klassik” əmanət – Sizə illik 12%-ə qədər gəlir qazanmaq imkanı yaradır.
“Yığım” əmanəti – Sizə vəsaitlərinizi məqsədyönlü yığmaqla bərabər faizlərinizə də faiz qazandırmaq imkanını yaradır.
“Rahat” əmanəti – Sizə vəsaitlərinizi rahat idarə etmək imkanını yaradır.

Niyə məhz Bank Avrasiya-da əmanət yerləşdirməyə tövsiyə edirik?
• Bankımız müştərilərinin əmanətlərinin təhlükəsizliyini təmin etmək üçün ən son texnologiya və təhlükəsizlik tədbirlərindən istifadə edir.
• Sabit və yüksələn gəlir – Müddətdən asılı olaraq rəqabətli faiz dərəcələri təklif edirik.
• Manat və valyuta seçimləri – Həm milli, həm də xarici valyutada əmanətlər yerləşdirə bilərsiniz.


Bu günün kiçik bir qərarı – sabahın güvənli maliyyə bazasını yarada bilər.