Baş ofis - Azərbaycan, Bakı şəhəri, Nizami küç., 112B, AZ 1000
"Buta" filialı- Azərbaycan, Bakı şəhəri, Xəqani küç., 85B
“Sumqayıt” filialı - Azərbaycan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2
Mükafatlandırma Siyasəti
Mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:
Divident Siyasəti
Dividendlərin ödənilməsinin mənbəyi vergitutmadan sonra Bankın xalis mənfəətidir. Bankın xalis mənfəəti Azərbaycan Respublikası standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən müəyyən edilir.
Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar Bankın Müşahidə Şurasının təklifi ilə Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.
Yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bankda dividendlərin ödənilməsinə razılığı olduqda Bankın Səhmdarlarının Ümumi Yığıncağı dividend ödənilməsi məsələsinə baxa bilər.
Bank yalnız elan edilmiş dividendləri ödəyir. Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı olmadan Bank dividendləri ödəmək, səhmdarlar isə onların ödənilməsini tələb etmək hüququna malik deyillər.
Müşahidə Şurası dividendlərin həcminə dair təklifi verərkən aşağıdakıları rəhbər tutur:
Bank aşağıdakı hallarda səhmlər üzrə dividendlərin ödənişini elan edə bilməz;
Risklərin İdarə Edilməsi Siyasəti
“Bank Avrasiya” ASC-də Risklərin İdarə Edilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi Qaydaları”na, “Risklərin idarə edilməsi üzrə Standartlar”ına, Kredit təşkilatlarında risklərin idarə edilməsinə dair Bazel Komitəsinin tövsiyyələrinə, Banklarda risklərin idarə edilməsi qaydalarına, Bankın Nizamnaməsinə, Strateji planına, mövcud qаnunvеriciliyə, Bankın “Risklərin idarə edilməsi siyasəti”nə, “Risklərin idarə edilməsi metodologiyasına və bu sahə üzrə daxili Qayda və Prosedurlarına uyğun həyata keçirilir. Risklərin idarə edilməsinin əsas prinsipləri bankın mənfəətlə işləməsini təmin etməkdən və kapitalının artırılmasından ibarətdir.
Risklərin idаrə еdilməsi prosesi bankın fəaliyyətinə xas olan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.