Bankda uzunmüddətli nəticəyə əsaslanan motivasiya sisteminin qurulmasi, strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirmək və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək, mükafatlandırma prosesinə nəzarəti həyata keçirmək, mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasını təmin etmək və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməmək, habelə mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanmasını təmin etmək məqsədilə yaradılan orqandır.