Online kredit necə sifariş edə bilərəm?
Online kredit sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kreditlər
Online kredit sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kreditlər
Online plastik kart sifariş etmək üçün Bankımızın saytında müvafiq linkə daxil olmağınız kifayətdir: Kartlar
Plastik kartın dəstəklədiyi valyutadan fərqli valyutada əməliyyatlar həyata keçirildikdə konvertasiya əməliyyatı üzrə məzənnə Mərkəzi Bankın məzənnəsi ilə + 0.5% (konvertasiya haqqı) müəyyən edilir.
Beynəlxalq kart təşkilatlarının loqotipi olan plastik kartlar vasitəsilə dəstəklədiyi valyutadan asılı olmayaraq, ölkə daxilində və ya xaricində bu növ kartları qəbul edən istənilən terminal vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.
Plastik kart aşağıdakı qeyd olunan imkanlara malikdir:
• istənilən yerdə nağd pul vəsaitinin əldə edilməsi;
• “Onlayn kredit ödəmələri” əməliyyatı: ATM və internet vasitəsilə kredit borclarının ödənilməsi;
• satış və xidmət nöqtələrində və internet şəbəkəsində nağdsız qaydada ödənişlərin aparılması;
• kommunal xidmət üzrə ödənişlər: elektrik enerjisi, qaz, su və s.;
• elektron bankçılıq xidmətləri: mobil və stasionar rabitə, internet, TV, sığorta;
• vergilərin və gömrük xərclərinin ödənilməsi;
• “Card to card” əməliyyatı: bir kartdan digər karta pul köçürmələri;
• SMS-məlumatlandırma xidməti: kartla aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə mobil telefona məlumatların göndərilməsi;
• “Cash by Code” xidməti: bankomat ilə kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nağd pulun göndərilməsi;
• valyuta mübadiləsinin həyata keçirilməsi;
Pərakəndə ticarət və xidmət müəssisələrində plastik kartları ilə POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən heç bir xidmət haqqı tutulmur. Kart hesabının valyutasından fərqli valyuta ilə ödəniş apararkən valyuta mübadiləsi xərclərini nəzərə almaq lazımdır.